Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqanın 26-cı turunda keçirilmiş oyunlarla bağlı müəyyən qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXVI turunun “Səbail” – “Zirə” matçının 43-cü dəqiqəsində “Zirə”nin futbolçusu Riçard Gadze simuliyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda görüşün baş hakimi İnqilab Məmmədovun epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Buna görə də İntizam Komitəsi Riçard Gadzeyə göstərilmiş sarı vərəqə ləğv edib.
Son xəbərlər
Son Xəbərlər