“Qafqaz əsiri”nin məşhur aktyoru öldü - Fotolar

qafqaz-esirinin-meshur-aktyoru-oldu
Oxunma sayı: 4833

Görkəmli Sovet və Rusiya teatr-kino aktyoru Vladimir Etuş dünyasını dəyişib.

“Qafqazinfo” Rusiay KİV-nə istindən xəbər verir ki, bu barədə məlumatı aktyorun qızı Raisa Etuş təsdiq edib. 97 yaşlı aktyorun ürəktutmasından öldüyü ehtimal edilir.

Qeyd edək ki, əslən yəhudi olan Etuş 30-dan çox filmə çəkilib. Teatrda isə 60-dək rolu ilə məşhurdur. Etuş Azərbaycan tamaşaçısına “Qafqaz əsiri və Şurikin macəraları”, “İvan Vasilyeviç sənətini dəyişir”, “12 stul”, “Solyaris”, “Buratinonun macəraları” filmlərindən tanışdır.

44 müxtəlif mükafatı olan aktyor “Vətənə xidmətə görə” ordeninin sahibidir.