“Qafqaz İslam Ordusu” adlı kitabça nəşr edilib

qafqaz-islam-ordusu-adli-kitabca-nesr-edilib
Oxunma sayı: 2806

ATİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, kitabça 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ərəfəsində Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi çərçivəsində hazırlanıb.

Kitabçanı ATİB-in ofisindən və ya elektron formada əldə etmək olar. (http://atib.az/domains/atib/assets/file/Q.I.O_kitab_web.pdf).

ATAF və ATİB bundan sonra da Azərbaycanın və Türkiyənin ortaq tarixi hadisələrini əks etdirən bu cür kitabçaları hazırlamaq və ictimaiyyətin diqqətinə təqdim etmək niyyətindədir.

Nigar Məmmədli