Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.
“Qafqazinfo” xəbər verir ki, “Qafqaz Resort Hotel” yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq.
“Qafqaz Resort Hotel” 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcək.
Hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə “Qafqaz Resort Hotel”ə şamil olunacaq, bunlar həm eksteryerin, həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.
“Qafqaz Resort Hotel” Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.
Rəsmi veb səhifə - https://qafqazhotels.com/
Facebook - https://facebook.com/qafqazhotels/
İnstaqram - https://www.instagram.com/qafqazhotelsandresorts/
Son xəbərlər
Son Xəbərlər