Qafqaz silahlıları İŞİD-ə sədaqət andı içdi

qafqaz-silahlilari-isid-e-sedaqet-andi-icdi
Oxunma sayı: 1571


“Qafqazinfo”nun BBC-yə istinadən verdiyi xəbərə görə, ilk dəfədir ki bu qruplaşma Qafqaz regionundan olan cihadçıları öz sıralarında alqışlayır.

İŞİD-in internetdə yerləşdirdiyi audio mesajda naməlum silahlı Çeçenistan, Dağıstan, İnquşetiya və Kabarda-Balkariya silahlıları adından qruplaşmaya sədaqət andı içir.

O, deyir ki “biz bu qərara yekdilliklə gəlmişik və bizim aramızda bununla bağlı heç bir narazılıq yoxdur”.

Qafqazda yerləşən əsas cihadçı təşkilat kimi tanınan “Qafqaz Əmirliyi” qruplaşmasından hələlik bununla bağlı heç bir reaksiya yoxdur.

Bu qruplaşma keçmişdə İŞİD əleyhinə bəyanatlar vermişdi.