Qafqaz Universitetində II İqtisadi Forum başladı

qafqaz-universitetinde-ii-iqtisadi-forum-basladi
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, forumun açılışında Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən çıxış edib.

Forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib. Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. Burada əsasən qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, muasir istehlak cəmiyyəti və onun müasir iqtisadi böhranların yaranmsında rolu, eləcə də müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilib. İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin, maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb. Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub. Burada milli-mənəvi dəyərlərin iqtisadi davranışlara təsiri, alternativ bankçılıq və ticarət əxlaqı kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Qeyd edək ki, forumda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tərəfindən İştirakçılara xatirə plaketi də verilib.