Qafqaz Universitetinin tələbələri dövlət qulluğuna cəlb olunub

qafqaz-universitetinin-telebeleri-dovlet-qulluguna-celb-olunub
Oxunma sayı: 656

Növbəti görüş Qafqaz Universitetində keçirilib. Komissiyadan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini R. Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib.

Daha sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N.Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə göstəriciləri özündə əks etdirən təqdimatla çıxış edib.

Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab veriblər.

Qeyd edək ki, bu cür görüşlər indiyə kimi Texniki Universitetin (14 mart) və Müəllimlər İnstititunun (15 mart) tələbələri ilə keçirilib.

Nigar Məmmədli