“Qafqazda və bölgədə erməni problemi”- - Brüsseldə

qafqazda-ve-bolgede-ermeni-problemi-
Oxunma sayı: 1580


“Qafqazinfo” xəbər verir ki, konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız - “Belçika-Azərbaycan Dostluq Cəmiyyəti” idi.

Konfransda çıxış edən Səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açmış və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.

Konfransda məruzəçi qismində çıxış edən Millət Vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd etmiş və Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.