“Qafqazda yeni savaş qətliama səbəb ola bilər” - Demirtaş

qafqazda-yeni-savas-qetliama-sebeb-ola-biler
Oxunma sayı: 3404

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Dağlıq Qarabağ probleminin savaşla deyil, dialoqlar masasında həll edilməli olduğunu bildirib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Demirtaş Türkiyə hökumətini bu münaqişəni qızışdırmaqda ittiham edib:

“Qarabağ muxtar bir bölgədir. Oradakı insanlar necə istəyirsə, buna hörmət edilməlidir. Bu problemi Ermənistan və Azərbaycan müharibə ilə deyil, dialoqlar masasında həll etməlidir. Qafqazda yeni savaş qətliama səbəb ola bilər. Lütfən bu savaşı dayandırın”.