Gəncədə “Kitab Evi"nin açılış mərasimi keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 iyun “Milli Qurtuluş Günü” və “Kitab Evi"nin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib. Bildirib ki, “Kitab evinin açılışında əsas məqsəd ölkədə kitabçılığın inkişafı və mütaliənin təbliğinə töhfə verməkdir.
Minlərlə adda kitabın oxuculara təqdim olunması ilə yanaşı, zəngin elektron kitab bazasının yaradılması da oxucular üçün yaradılan geniş imkanlardan biridir.
AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev vurğulayıb ki, yeni açılan “Kitab Evi” oxuculara lazım olan və onları razı salan ədəbiyyat nümunələrinin əldə edilməsinə xidmət edəcək ən gözəl məkandır.
Millət vəkili Pərvin Kərimzadə çıxış edərək Gəncədə kitaba marağın dirçəlməsinin və “Kitab Evi”nin açılmasının vacibliyindən danışıb. Millət vəkili “Kitab Evi” komandasına uğurlar arzu edib.
Rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və qonaqlar “Kitab Evi” ilə yaxından tanış olublar. A
Qeyd edək ki, yeni açılan “Kitab evi” Qafqazın ən böyük kitab evidir. Burada 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. İstər Azərbaycanda , istərsə də ölkənin hüdudlarından kənarda istənilən kitabı oxumaq və sifariş vermək mümkündür.
Son xəbərlər
Son Xəbərlər