Qafqazın “qaz kralı” ilə oğlunun cinayət işinə görə - İki nəfər axtarılır

qafqazin-qaz-krali-ile-oglunun-cinayet-isine-gore
Oxunma sayı: 962

Rusiya İstintaq Komitəsi “Qazprom”dan 30 milyard rubldan çox məbləğdə qaz oğurluğu ilə bağlı cinayət işində daha iki şübhəlini axtarışa verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “TASS”a Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.  

Qurum rəsmisi “Qazprom”un Stravropol və Nevinnomısskdakı filiallarının direktorlarının axtarıldığını söyləyib.

Xatırladaq ki, müvafiq cinayət işi üzrə artıq 7 nəfər həbs olunub. Onların arasında Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov, senatorun atası, Qafqazın “qaz kralı” adlandırılan Raul Araşukov da var.

Yanvarın 30-da saxlanılan ata ilə oğul 3 nəfərin qətlində, həmçinin 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda da ittiham olunur. Hər ikisi haqqında 2 aylıq həbs qətiimkan tədbiri seçilib.

Rauf və Raul Araşukovlar