“Qafqazinfo” ötən il üçün gəlirlərini və xərclərini açıqladı

qafqazinfo-oten-il-ucun-gelirlerini-ve-xerclerini-aciqladi
Oxunma sayı: 7865

Azərbaycanda media sahəsində gəlirlərin şəffaflığının artırılmasını dəstəkləmək məqsədilə və bu addımın digər media orqanlarına stimul olması üçün Qafqazinfo saytı da ötən ilin gəlir və xərclərini açıqlayır.

Belə ki, 2020-ci ildə Qafqazinfo.az xəbər saytının reklam və piar xidmətlərindən əldə etdiyi gəlir 379 min 396 manat (ƏDV xaric) olub. İl ərzində redaksiya əməkdaşlarına 174 min 614 manat məbləğində əmək haqqı ödənilib. Bundan başqa, Dövlət Sosial Müdafiə Fonduna 53 min 698 manat köçürülüb. Qafqazinfo.az ötən il büdcəyə 65 min 300 manat məbləğində vergi ödəyib. Həmçinin, şirkət 2020-ci ildə 6800 manat mənfəət vergisi ödəyib.

Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda mövcud olan biznes mühiti və bazar münasibətləri media sahəsindəki reklam bazarının inkişafına mühüm təkan verir və bu sahədə lazım olan bütün imkanlar yaradılıb.