Bu gün “Qafqazinfo” saytında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.
Saytın baş redaktoru Günel Əbilova bildirib ki, “Qafqazinfo” hər zaman peşə etikasına əməl etməyə çalışır: “İllərdir biz hər gün redaksiyada xəbər hazırlayarkən bu məsuliyyəti hiss edirik. Bu gün isə əsas götürdüyümüz prinsipləri oxucularımızla bölüşürük. Bu səbəbdən qaydaları daha da diqqətlə oxumalı və əməl etməliyik”.
Daha sonra baş redaktor əməkdaşlarla birgə MEDİA-nın saytlara göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı müzakirə edib.
Xəbəri rus dilində oxuyun: В “Qafqazinfo”обсудили “Редакционную политику” - Фото




Son xəbərlər
Son Xəbərlər