BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) “Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin KİV-də işıqlandırılması” mövzusunda jurnalistlər üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
“Qafqazinfo”nun məlumatına görə, nüfuzlu təşkilatın (UNFPA Azerbaijan) baş müşaviri Fərid Babayev tədbirdə çıxış edərək aktual mövzunu işıqlandıran jurnalistlərə təşəkkür edib. Daha sonra uğurla başa çatan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin nəticəsinə görə, birinci yeri "Azərbaycanda oğlum olsun bəlası" məqaləsinə görə, “Qafqazinfo”nun əməkdaşı Raminə Eyvazqızı, ikinci yerləri "Məhv edilmiş "seçilmişlər" yazısına görə "Lent.az" saytının əməkdaşı Ləman Mustafaqızı, "Doğulmadan öldürülənlər" yazısına görə "Teleqraf.com" saytının əməkdaşı Ruslan Xəlil, üçüncü yerləri isə "Fins.az" saytından "Selektiv abort cinsi azlıqların artmasına aparır" yazısına görə Fərqanə Allahverdiqızı, yenə də həmin saytın əməkdaşı olan "7 oğul istərəm" yazısına görə İlhamə Xanlarqızı və "Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması" yazsına görə "Cəbhə.info" saytından Müşfiq Abdulla tutub.
Digər jurnalistlərə həvəsləndirici mükafatlar verilib.


Son xəbərlər
Son Xəbərlər