“Qafqazinfo” xəbər portalına qarşı təxribat baş verib.
Belə ki, “Facebook” sosial şəbəkəsində “Qafqazinfo”nun adına saxta profil yaradılıb və saytdan xəbərlər paylaşılır, eləcə də təxribat xarakterli məlumatlar yerləşdirilir. Bununla bağlı, artıq “Facebook”a şikayət edilib. Eyni zamanda, hüquq-mühafizə orqanlarına da müraciət ediləcək.
Oxuculardan baş vermiş hadisəylə bağlı diqqətli olmalarını xahiş edirik.
Qeyd edək ki, “Qafqazinfo” xəbər portalının "Facebook"dakı rəsmi səhifəsində 108, 086 üzv var. Saxta “Qafqazinfo” səhifəsində isə 9 üzv var.
Onu da bildirək ki, eyni gündə "Qafqazinfo"nun baş direktoru Elbrus Ərudun da adına saxta profil yaradılıb.
***
Sözügedən səhifə və profillər kütləvi şikayətlərdən sonra bu gün səhər saatlarında bağlanıb.


Son xəbərlər
Son Xəbərlər