Qafqazşünaslıq üzrə yeni layihəyə vakant yerlər açıqlandı

qafqazsunasliq-uzre-yeni-layiheye-vakant-yerler-aciqlandi
Oxunma sayı: 1194

Azərbaycan Respublikasının aparıcı ali təhsil müəsisələri, dövlət orqanları ilə birgə “Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.

“Qafqazinfo” xəbər verir ki, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

-  Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;

- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;

- Komandada və müstəqil şəkildə işləməyi bacaran;

- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq)