Qalaaltıya yeni yol çəkilir

qalaaltiya-yeni-yol-cekilir
Oxunma sayı: 1532

“Azəravtoyol” ASC tərəfindən Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.

“Qurumdan” “Qafqazinfo”ya daxil olan xəbərə görə, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.

Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.