Qalada aktyor yoldaşını pərt etdi - Video

qalada-aktyor-yoldasini-pert-etdi
Oxunma sayı: 5509

Aktrisa Tuvana Türkay rol aldığı “Ağır Romantik” filminin qalasında müzakirələrə səbəb olacaq açıqlama verib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa həmkarı Onur Tunanı pərt edib. Belə ki, Tunanın “çəkiliş zamanı çox əyləndik” açıqlamasından dərhal sonra Tuvana “Çox əyləndik kimi klişelərə girməyəcəm” cavabını verib.

Türkayın açıqlamaları tərəflər arasında “soyuq küləyin əsməsi”nə səbəb olub.

Qeyd edək ki, film iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilib.