“Qala”da toy keçirilməsi təsdiqlənməyib?

qalada-toy-kecirilmesi-tesdiqlenmeyib
Oxunma sayı: 3384

Şəmkir rayonunda ona məxsus restoranda əməliyyat keçirilərkən polisi döyməkdə ittiham edilərək həbs edilən “Qala” restoranının sahibi Tural Zeynalovla bağlı yeni iddialar yayılıb. Məlumata görə, T. Zeynalov saxlanıldıqdan sonra həmin restoranda toy keçirilməsi təsdiqlənməyib və məhkəmə saxlanılan şəxsləri təqsirsiz hesab edərək sərbəst buraxıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov iddia ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyunun 22-də Şəmkir rayon Polis Şöbəsinə adıçəkilən restoranda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub: “Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Müəyyən edilib ki, rayonun Dəllər-Cırdaxan kənd sakini Alı Məmmədov oğlu A. Məmmədovun həmkəndlisi M.A. ilə toy mərasimini təşkil edib və “Qala” restoranında qonaqlar dəvət olunaraq ziyafət verilir. Mərasim iştirakçıları ilə izahedici-profilaktiki söhbətlər aparılıb, onlara karantin şərtləri barədə məlumat verilib.

Fotoda: Eşqin Qasımov

Toyun təşkilatçısı və 7 nəfər barəsində isə protokol tərtib edilməsi üçün polis şöbəsinə gətirilib. Şöbədə barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib”.

Murad Əhməd

Həmin toydan foto: