Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb...

qaladaki-qezada-1-ailenin-4-uzvu-olub
Oxunma sayı: 2859

Daxili İşlər Nazirliyi ötən gün Xəzər rayonunda baş verən ağır qəza haqda məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qala qəsəbəsi ərazisində, noyabrın 17-də saat 11 radələrində qeydə alınıb. 

Rəsmi məlumata görə, Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.