Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura start verilib.
"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Kayserispor” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
“Qalatasaray” bu turda doğma meydanda “Rizəspor”u sınağa çəkib. İstanbul təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib.
Türkiyə Super Liqası
31-ci tur
19 mart
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: C.Durmaz, 33. Kastro, 58. Sobiex, 86.
Qalatasaray – Rizəspor 3:4
Qol: Yedlin, 14. E.Akbaba, 31. Y.Meriah, 74-öz qapısına – Samu, 2. Boldrin, 41; 90+2. Şkoda, 54-pen.
Son xəbərlər
Son Xəbərlər