“Qalatasaray” Ardanı istəmir

qalatasaray-ardani-istemir
Oxunma sayı: 1550

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Arda Turanın transfer ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, açıqlamasında futbolçunun xidmətində maraqlı olmadıqlarını qeyd edib.

"Sevgili camiəmizə ifadə edirəm ki, bu qardaşımız transfer planlarımıza daxil deyil. Bunu söyləməkdən bezmişəm. Bu mövzunun qapanmasını istəyirəm", - deyə o, bildirib.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan bir müddət əvvəl icarə əsasında çıxış etdiyi “Başakşehir”i tərk edib.