“Qalatasaray” azarkeşlərindən - İstefa səsləri

qalatasaray-azarkeslerinden
Oxunma sayı: 1421

UEFA Çempionlar Liqasında Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” dünən qrup mərhələsinin ilk oyununda evdə Madrid “Atletiko”suna 0:2 hesabı ilə uduzub.

“Qafqazinfo” xəbər verir ki, matçda heç nə ilə yadda qalmayan İstanbul klubunun azarkeşləri komandalarının bu durumuna əsəbiləşiblər.

“Rəhbərlik istefa” deyə qışqıran tərəfdarlar öz narazılıqlarını belə bildiriblər. Oyunun son dəqiqələrində də klub başbilənləri istefaya çağırılıb.