“Qalatasaray” “Barselona”ya uduzdu - Yenilənib

qalatasaray-barselonaya-uduzdu
Oxunma sayı: 6439

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, turun maraqlı görüşlərindən biri İstanbulda baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Qeyd edək ki, Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

***

"Qalatasaray" evdə "Barselona"ya məğlub olub - 1:2. Bununla da Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Cim-Bom" mübarizəni dayandırıb.

Avropa Liqası, 1/8 final mərhələsi cavab oyunlarının nəticələri:

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1

Qol: Jeremi Boqa, 90+1

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1

Qollar: Aksel Disasi, 90 - Abel Ruis, 20

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) - Rayan Kent, 56

İlk oyun - 0:3.