Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə qərar klubun direktorlar şurası tərəfindən verilib.
İstefaya səbəb komandanın bu mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.
Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib.
Son xəbərlər
Son Xəbərlər