“Qalatasaray” Batşuayinin transferini rəsmən açıqladı

qalatasaray-batsuayinin-transferini-resmen-aciqladi
Oxunma sayı: 2544

Türkiyənin “Qalatasaray” klubu Mişi Batşuayinin transferini rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Onunla üç illik sözləşmə imalanıb. 

Müqaviləyə əsasən, futbolçuya 2024-2025 mövsümü üçün 1.500.000 avro, 2025-2026 mövsümü üçün 1.000.000 avro, 2026-2027 mövsümü üçün 500.000 avro və xalis 3.000.000 avro məbləğində imza haqqı ödəniləcək.

Qeyd edək ki, 30 yaşlı belçikalı forvardın son klubu “Fənərbaxça” olub.