Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib.
"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Turun açılış matçında turnir cədvəlinin son sıralarında yer alan “Kayserispor” doğma meydanda “Göztəpə”ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Rizəspor” – “Fatih Karagümrük” və “Sivasspor” – “Trabzonspor” oyunlarında ümumiyyətlə qapılara qol vurulmayıb.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” bu turda çətin “Hatayspor” səfərinə yollanıb. İstanbul nəhəngi bu görüşdə darmadağına üzülüb.
Türkiyə Super Liqası
32-ci tur
3 aprel
Kayserispor – Göztəpə 1:1
Qol: İ.Parlak, 26 – Yahoviç, 48.
Rizəspor – Fatih Karagümrük 0:0
Sivasspor – Trabzonspor 0:0
Hatayspor – Qalatasaray 3:0
Qol: Diuf, 21; 72. Ribeyro, 29.
Son xəbərlər
Son Xəbərlər