“Qalatasaray” Rusiyanın “Dinamo” (Moskva) klubunun erməni futbolçusu Arsen Zaxaryanın transferini bitirmək üzərədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Nikolo Çira məlumat yayıb.
O bildirib ki, İstanbul təmsilçisi moksvalılarla razılıq əldə edib.
Türkiyə klubu bu keçid üçün “Dinamo”ya 13 milyon avro ödəyəcək. 19 yaşlı oyunçu “Qalatasaray”la 4,5 illik müqaviləyə imza atacaq. O, “Cim-Bom”da ilinə 1,9 milyon avro qazanacaq.
Qeyd edək ki, Arsen Zaxaryan erməni olsa da, Rusiya yığmasında çıxış edir.
Son xəbərlər
Son Xəbərlər