“Qalatasaray” Fatih Terimlə yeni müqavilə imzaladı

qalatasaray-fatih-terimle-yeni-muqavile-imzaladi
Oxunma sayı: 1102

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini artırıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.

Qeyd edək ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.