“Qalatasaray” - “Fənərbağça” matçının yeri və vaxtı açıqlandı

qalatasaray-fenerbagca-matcinin-yeri-ve-vaxti-aciqlandi
Oxunma sayı: 4408

Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç aprelin 7-də keçiriləcək.

Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb. Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün “Yurtda sülh, cihanda sülh” sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.