Qalatasaray - Fənərbaxça derbisi təxirə salındı - Bu gün olmayacaq

qalatasaray-fenerbaxca-derbisi-texire-salindi
Oxunma sayı: 1862

Qalatasaray - Fənərbaxça derbisi təxirə salınıb.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, “Türk Telekom Arena”da bu gün yerli vaxtla saat 22:00-da başlayacaq Qalatasaray - Fənərbaxça derbisinin təhlükəsizlik tədbirlərinə görə baş tutmayacaq. 

Qeyd edək ki, İstanbul İcra Hakimiyyəti derbinin azarkeşsiz baş tutacağını açıqlasa da, daha sonra Türkiyə Futbol Federasiyası qarşılaşmanın ümumiyyətlə keçirilməməsi ilə bağlı qərar qəbul edib.

***

Təxirə salınan Qalatasaray - Fənərbaxça derbisinin keçiriləcəyi vaxt bəlli olub.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, oyunun 28 aprel Cümə günü baş tutacağı bildirilir. Qeyd edilir ki, liqa oyunlarının milli komandanın oyunu ilə toqquşması səbəbindən derbinin bu həftə baş tutması mümkün deyil.