Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.
"Qafqazinfo" xəbər verir ki, "Fənərbaxça" 17-ci turda "Qalatasaray"ı qəbul edib. Şükrü Saracoğlu adına Stadionda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Qalatasaray" 39 xalla liderdir. "Fənərbaxça" isə 35 xalla 2-cidir.
20:00. "Fənərbaxça" - "Qalatasaray" - 0:3
Qollar: Oliveyra, 32, Aktürkoğlu, 78, İkardi, 90+11
Qırmızı vərəqə: İrfan Can Kahfeçi, 86 ("Fənərbaxça")
Baş hakim: Halil Umut Meler
Şükrü Saracoğlu adına Stadion.
Son xəbərlər
Son Xəbərlər