“Qalatasaray” “Fənərbaxça”nın futbolçularından şikayət etdi

qalatasaray-fenerbaxcanin-futbolcularindan-sikayet-etdi
Oxunma sayı: 950

“Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nın futbolçuları Volkan Dəmirəli və Jozef de Souzanı Türkiyə Futbola Federasiyasına şikayət edib.

Qafqazinfo” xəbər verir ki, buna səbəb oyunçuların rəqib komandanı təhqir etməsidir. 

Volkan dünən basketbol üzrə “Fənərbaxça” - “Qalatasaray” matçının ardından rəqibi təhqir edib. O, “sarı qırmızılı” komandaya söyüşlə təzahüratlar dediyi üçün cəza ala bilər.

Joze de Souza isə Periskope vasitəsilə “Qalatasaray”ı təhqir etdiyi üçünşikayət edilib.