Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk matçı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Akhisarspor” öz meydanında “Qalatasaray”ı qəbul edib.
Matçda hesabı 19-cu dəqiqədə Seleznyovun qolu ilə ev sahibi açıb. Lakin qolun sevinci cəmi 2 dəqiqə çəkib. 21-ci dəqidədə Ahmet Çalık “Qalatasaray”ın bərabərlik qolunu vurub.
Qoldan sonra hücumlarını daha da artıran “Qalatasaray” yalnız matçın sonunda qələbə qolunu vura bilib. 88-ci dəqiqədə Sinan Gümüş “Cimbom”a qələbə qazandırıb.
Qeyd edək ki, cavab matçı 3 həftə sonra keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər