“Qalatasaray” futbolçusu Premyer Liqa klubunun hədəfində

qalatasaray-futbolcusu-premyer-liqa-klubunun-hedefinde
Oxunma sayı: 1545

İngiltərə klublarının Türkiyə klublarındakı futbolçulara marağı artmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Qari Rodriqez “Nyukasl”ın maraq dairəsinə düşüb.

“Sağsağanlar” 27 yaşlı havbekin transferini yayda rəsmiləşdirmək istəyir. Rodriqezin transferi 10 milyon funta başa gələ bilər.

Qeyd edək ki, o, 2017-ci ilin qışında PAOK-dan “sarı qırmızılar”ın heyətinə qoşulmuşdu.