Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, baş tutacaq 15 qarşılaşma arasında azərbaycanlı azarkeşlər üçün ən çox maraq kəsb edən Türkiyə təmsilçisi “Qalatasaray”ın matçıdır.
İtaliya “Latsio”suna qarşı oynayacaq İstanbul klubu son oyunlardakı uğursuzluqları unutdurmağa çalışacaq. “Cim-Bom” Bakı vaxtilə saat 00:05-də meydana çıxacaq.
Qeyd edək ki, bu turun bir qarşılaşması artıq 2 gün öncə baş tutub. “Fənərbaxça” Moskva “Lokomotiv”ini 2:0 hesabı ilə məğlub edib.
Avropa Liqası
1/16 final, ilk oyunlar
18 fevral
22:00. “Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan)
22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya)
22:00. “Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə)
22:00. “Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
22:00. “Sevilya” (İspaniya) – “Mölde” (Norveç)
22:00. “Sent-Etyen” (Fransa) – “Bazel” (İsveçrə)
22:00. “Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya)
00:05. “Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə)
00:05. “Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya)
00:05. “Marsel” (Fransa) – “Atletik” (İspaniya)
00:05. “Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya)
00:05. “Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya)
00:05. “Sparta” (Çexiya) – “Krasnodar” (Rusiya)
00:05. “Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya)
00:05. “Valensiya” (İspaniya) – “Rapid” (Avstriya)
Son xəbərlər
Son Xəbərlər