“Cimbom” uzun müddətdir danışıqlar apardığı Fernando Fransisko Reqesi heyətinə qatıb.
“Qafqazinfo” kluba istinadən xəbər verir ki, braziliyalı futbolçu müqavilə imzalamaq üçün İstanbula hərəkət edib.
30 yaşlı futbolçunun transferi üçün Maçester Siti”yə 5,25 milyon avro ödənilib. Fernando ilə 3+1 illik müqavilə imzalanacağı və illik 2,6 milyon avro maaş veriləcəyi bildirilir.
Qeyd edək ki, “Mançester Siti” Fernandonu 2014-cü ildə 15 milyon avroya “Porto”dan almışdı.

Son xəbərlər
Son Xəbərlər