“Qalatasaray” Okan Burukla bağlı qərar verdi

qalatasaray-okan-burukla-bagli-qerar-verdi
Oxunma sayı: 3350

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Okan Burukla müqavilənin müddətini yeniləyib.

“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

Okan Buruk hər ili üçün 70 milyon türk lirəsi maaş alacaq.

Qeyd edək ki, “Qalatasaray” Okan Burukun rəhbərliyi altında ötən mövsüm Türkiyə Superliqasının qalibi olub.