“Qalatasaray” onu birdəfəlik transfer etdi

qalatasaray-onu-birdefelik-transfer-etdi
Oxunma sayı: 2109

“Qalatasaray” Misirin “Zamalek” klubundan icarəyə götürdüyü Mustafa Məhəmmədi birdəfəlik transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Mustafa Məhəmməd 2020-ci ilin yanvarından “Qalatasaray”da çıxış edir. Həmin vaxt İstanbul təmsilçisi 24 yaşlı hücumçunu satınalma şərti ilə icarəyə götürmüşdü. Türkiyə klubu misirli futbolçunun transfer hüquqlarını məhz indi almağa qərar verib. “Qalatasaray” bu transfer üçün 4 milyon avro təzminat ödəyib. Futbolçunun özü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mustafa 2022/23 mövsümündə 900 min dollar, 2023/24 mövsümündə 1 milyon dollar, sonuncu mövsümündə isə 1.2 milyon dollar qazanacaq.