“Qalatasaray” öz meydanında məğlub oldu - Video

qalatasaray-oz-meydaninda-meglub-oldu
Oxunma sayı: 1166

Avropa Liqasında 1/16 mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Avrokuboklardakı iki təmsilçisindən biri olan “Qalatasaray” öz meydanında “Benfika”nı qəbul edib.

“Sarı-qırmızılar” doğma meydanda Portuqaliya təmsilçisinə məğlub olub - 1:2.

“Benfika” bu qələbə sayəsində fevralın 21-də baş tutacaq cavab görüşü üçün böyük üstünlük əldə edib.

“Qalatasaray” - “Benfika” - 1:2

Qollar: Luyindama, 54 - Eduardo Silva, 27 (pen), Seferoviç, 64