“Qalatasaray” öz meydanında qalib gələ bilmədi

qalatasaray-oz-meydaninda-qalib-gele-bilmedi
Oxunma sayı: 1079

Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda turnirin ən böyük favoriti hesab edilən “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”la qarşılaşıb.

“Cimbom” böyük azarkeş dəstəyinə baxmayaraq rəqibinin qapısına yol tapa bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, cavab matçı 25 apreldə keçiriləcək.