“Qalatasaray” qalib gəldi, “Beşiktaş”ın oyunu təxirə salındı

qalatasaray-qalib-geldi-besiktasin-oyunu-texire-salindi
Oxunma sayı: 1052

Türkiyə Superliqasında 18-ci turun oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Sivasspor”la qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

“Beşiktaş” “Mersin İdman Yurdu” matçı isə qar səbəbindən təxirə salınıb.

Türkiyə Superliqası
18-ci tur

16 yanvar

“Kasımpaşa” – “Qaziantepspor” - 1:2
Qollar: Del Valle, 20 - Çibuike, 42, Muhammet Demir, 90+5

“Kayserispor” – “Osmanlıspor” - 1:0
Qol: Derley, 2

“Akhisar” – “Konyaspor” - 0:2
Qollar: Vukoviç, 23, Rangelov, 29

“Qalatasaray” – “Sivasspor” - 3:1
Qollar: Selcuq, 14 (pen.), Sinan, 24, Burak, 85 (pen.) - Teyşera, 69

17 yanvar

“Antalyaspor” – “Başakşəhər” - 1:2
Qollar: Etame, 16 - Viska, 9, Batdal, 75

“Çaykur Rizəspor” – “Gənclərbirliyi” - 2:3
Qollar: Sercan, 10, Kveuke, 65 (pen.) - Stanku, 20, Çalık, 24, Kampos, 88

“Bursaspor” – “Trabzonspor” - 4:2
Qollar: Sercan, 23, Necid, 40, Sivok, 71, Sərdar, 82 - Nizam, 2, Kordozo, 7

“Beşiktaş” – “Mersin İdmanyurdu” - 0:0 (Matç qar yağışı səbəbindən 6-cı dəqiqədən etibarən təxirə salınıb.)

18 yanvar

21:00. “Əskişəhərspor” – “Fənərbaxça”