“Qalatasaray” qazandı

qalatasaray-qazandi
Oxunma sayı: 2378

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, sarı-qırmızılar Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşün taleyini həll edib.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Qonaqlarda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, matçın revanş qarşılaşması fevralın 22-də olacaq.