“Qalatasaray” “Real”dan futbolçu aldı -

qalatasaray-realdan-futbolcu-aldi-
Oxunma sayı: 839


“Qafqazinfo”nun qol.az-a istinadən xəbərinə görə, İstanbul təmsilçisi Xose Rodriqes Martinesi heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Bu transfer üçün “Qalatasaray” ilkin mərhələdə futbolçusunun sabiq klubu "Real"a heç bir təzminat ödəməyəcək. X.R.Martines əsas heyətdə oynayacağı hər 30 matç üçün “Cim-Bom” Madrid klubuna 250 min avro təzminat ödəyəcək. Bundan başqa, “Real” mövsümün sonu 10 milyon avro ödəyərək oyunçunu geri ala bilər.

“Qafqazinfo”