“Qalatasaray” rəsmisindən “Qəbələ” ilə oynayacaqları barədə açıqlama

qalatasaray-resmisinden-qebele-ile-oynayacaqlari-barede-aciqlama
Oxunma sayı: 650

Bu gün Türkiyə mətbuatında “Qalatasaray” və “Qəbələ” klubları arasında sentyabrın 2-si və 3-də yoldaşlqı görüşü baş tutacağı haqqında xəbərlər yayılmışdı. “Sabah” qəzetinin yaydığı məlumata görə, komandalar hazırda bu mövzuda danışıq aparır. 

“Qalatasaray”ın idman direktoru Cenk Ergün isə “Qafqazinfo”ya verdiyi açıqlamada məlumatı təkzib edib. O bildirib ki, belə bir oyun gündəmdə deyil:

“ Yayılan xəbərlər yanlışdır. Belə bir oyun hazırki durumda gündəmdə deyil”.