“Qalatasaray” səfərdə qalib gəldi - Video

qalatasaray-seferde-qalib-geldi
Oxunma sayı: 1136

Türkiyə kubokunun 1/8 final mərhələsində güclü qar səbəbindən təxirə salınmış “Boluspor” - “Qalatasaray” matçı dünən axşam baş tutub.

“Qafqazinfo” xəbər verir ki, ikinci heyətlə rəqib qarşısına çıxan “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb.

Oyunda yeganə qolu 42-ci dəqiqədə Səlcuq İnan penaltidən vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu yanvarın 29-da İstanbulda keçiriləcək.