Xəbər verdiyimiz kimi, hazırda Avropa Liqasının 1/16 finalında “Qalatasaray” – “Latsio” görüşü keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyə klubunun futbolçuları meydana qara sarğıda çıxıblar. İdmançılar dünən ölkələrində baş verən terror aktlarında vəfat edən insanların ruhuna ehtiram əlaməti olaraq bu addımı atıblar.
Qeyd edək ki, bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) qərar verib. Bundan başqa, qərara əsasən şəhidlər oyunda 1 dəqiqəlik sükutla da yad ediliblər.
Xatırladaq ki, Ankarada baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, Diyarbəkirdə isə 6 nəfər şəhid olub.





Son xəbərlər
Son Xəbərlər