“Qalatasaray” Sloveniya klubunu darmadağın etdi - Video

qalatasaray-sloveniya-klubunu-darmadagin-etdi
Oxunma sayı: 4740

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Belə ki, Türkiyə çempionu "Qalatasaray" Sloveniya "Olimpiya"sını 3:0 hesabla məğlub edib.

"Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) 0:3

Qollar: Kerem Aktürkoğlu, 9, Dris Mertens, 48, Halil Dervişoğlu, 90+1

Sözügedən mərhələnin digər 3 oyunu isə bu gün baş tutacaq.

Qeyd edək ki, ötən gün Afinada Yunanıstanın “AEK” və Xorvatiyanın “Dinamo” futbol klublarının fanatları arasında kütləvi dava baş verdiyinə görə mərhələnin nəzərdə tutulan görüşü təxirə salınıb. Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli “Dinamo” klubunda çıxış edir.