“Qalatasaray” Türkiyə kuboku ilə vidalaşdı - Video

qalatasaray-turkiye-kuboku-ile-vidalasdi
Oxunma sayı: 3090

Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ötən gün daha bir görüş baş tutub.

“Qalatasaray” “Başakşəhər”i qəbul edib. Beş qolun qeydə alındığı İstanbul derbisində qalib gələn qonaq komanda yarımfinala vəsiqə qazanıb.

“Başakşəhər” finala vəsiqə uğrunda ötən gün “Trabzonspor”u mübarizədən kənarlaşdırmış “Ankaragücü” ilə qarşılaşacaq.

Sonuncu yarımfinalçı “Fənərbaxça” – “Kayserispor” müəyyənləşəcək. Bu cütün qalibi isə “Sivasspor”la üz-üzə gələcək. Hansı ki, sözügedən komanda oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamaqdan imtina etməsi səbəb olub.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.