“Qalatasaray” üçün Muslera şoku

qalatasaray-ucun-muslera-soku
Oxunma sayı: 2671

“Qalatasaray”ın qapıçısı Fernando Muslera Türkiyə Super Liqasının 27-ci turunda səfərdə “Rizəspor”la oyunda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq iki yerdən ayağını sındırıb.

“Qafqazinfo” xəbər verir ki, 15-ci dəqiqədə zədələnən uruqvaylı qolkiper dərhal xəstəxanaya aparılıb. Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, “Qalatasaray” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.